Neftçıxarmada iltizam sisteminin mövcudluğu yeni texniki vasitələrin tətbiqinə mane olur, irihəcmli kapital1 qoyuluşuna imkan vermirdi. Digər tərəfdən, Mərkəzi Rusiyada sənaye müəssisələri çoxaldıqca onların duru yanacağa tələbinin artması da sistemin ləğvinə gətirib çıxardı. 17 fevral 1872-ci il tarixli qanunla neft sənayesində iltizam sistemi ləğv edildi. Bundan sonra neft yataqları hərrac2 yolu ilə xüsusi adamlara satılmağa başlanıldı. Çar hökuməti neftli torpaqların daha çox rus sahibkarlarının əlinə keçməsinə çalışırdı. İstefaya çıxan yüksək rütbəli hərbi və mülki rus məmurlarına neftli torpaq sahələri bəxşiş edilirdi. Lakin XIX əsrin 70-80-ci illərində hərraca çıxarılan neftli torpaqların bir hissəsi azərbaycanlı sahibkarların əlinə keçdi. Neft sənayesində milli kapitalı Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və Murtuza Muxtarov təmsil edirdilər.
Xarici kapital axını. Çar hökuməti üçün neft sənayesini yalnız rus və yerli kapitalistlər hesabına inkişaf etdirmək çətin idi. Ona görə də XIX əsrin 70-ci illərinin sonlarından neft sənayesinə xarici kapitalın axını üçün imkan yaradıldı.
Azərbaycan neft sənayesinə xarici kapitalın daxil olması | |
1879-cu ildə |
|
XIX əsrin 80-ci illərində |
|
XIX əsrin 90-cı illərində |
|
Mərkəzi Rusiya XIX əsrin ortalarında neft məhsullarına, xüsusilə ağ neftə olan ehtiyacını ABŞ-ın hesabına ödəyirdi. Neft məhsullarının ABŞ-dan alınması isə baha başa gəlirdi. İltizam sistemi ləğv edildikdən sonra rus və azərbaycanlı sahibkarlar, həmçinin xarici şirkətlər tərəfindən neftin çıxarılması və emalına irihəcmli kapital qoyuldu. Bakıda və Abşeronda neft sənayesinin sürətli inkişafından ən çox faydalanan isə Rusiya oldu.
1Kapital - daha çox qazanc əldə etmək üçün istifadə olunan sərmayə
2Hərrac - alıcıların müsabiqəsi əsasında malların, qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı