1878-ci ildə Bakı Şəhər Dumasına seçkilər keçirildi. İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilmişdi. Duma üzvünə o zaman “qlasnı” deyilirdi. Fərmana görə, azərbaycanlı nümayəndələrin sayı Duma üzvlərinin ümumi sayının yarısından çox ola bilməzdi. Şəhər başçısı isə xristian əhalidən olmalı idi.
Sizcə, nə üçün Rusiya hökuməti Dumada azərbaycanlıların sayını məhdudlaşdırırdı?
SUAL VƏ TAPŞIRIQLAR:
XIX əsrin ortalarında Şimali Azərbaycan Rusiya imperiyası üçün xammal və satış bazarı olaraq qalırdı. Əsrin ikinci yarısında Şimali Azərbaycanın kənd təsərrüfatında hansı yeniliklər baş verdi? İslahatlar, yeni qaydalar təsərrüfatın inkişafına necə təsir göstərdi?
Çəltikçilik, tərəkəmə, pambıqçılıq, üzümçülük, Qafqaz İpəkçilik Stansiyası, tütünçülük, təkmil alət və maşınlar
Taxılçılıq və maldarlıq. Bu dövrdə Şimali Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tuturdu. Azərbaycanda becərilən torpaqların böyük hissəsində taxıl məhsulları (buğda, arpa, çəltik və s.) yetişdirilirdi, istehsal edilən məhsul ölkə əhalisinin taxıla olan tələbatını tam şəkildə ödəyirdi. Rusiyanın regiondakı çoxsaylı qoşunları da taxılla Azərbaycanın hesabına təmin edilirdi.