Şimali Azərbaycan 1846-1859-cu illərdə
Azərbaycanda sosial münasibətlərin tənzimlənməsi cəhdi. Rusiya hökuməti ali müsəlman təbəqəsinin nümayəndələrini bütün idarə işlərindən kənarlaşdırdı. Lakin bununla kifayətlənmədi, 1841-ci ildə əvvəlcə Qazax, Şəmşəddil və Borçalı, sonra isə Xəzər vilayəti mülkədarlarının torpaqlarının müsadirəsinə başlandı. Bu zorakılıq aktları Şimali Azərbaycanın hər yerində böyük narazılıqla qarşılandı.
Rus hökumətinin bu addımının xalqımız üçün nəticələrini müzakirə edin.
Hökumətə qarşı kütləvi xalq çıxışları baş verdi. Ali təbəqənin və kəndlilərin birgə çıxışları hökuməti bərk təşvişə saldı. Cənubi Qafqazda vəziyyəti öyrənmək üçün göndərilən çar Rusiyasının Hərbi naziri hökumətin bu addımının səhv olduğunu etiraf etdi. Çarın 1843-cü ildə imzaladığı fərmanla ali müsəlman təbəqəsinin imtiyazlarının tanınmasına icazə verildi. Qafqaz canişini Mixail Vorontsova bu təbəqənin mülkiyyət hüquqlarını tənzimləyəcək qanun layihəsini hazırlamaq tapşırıldı.
Hazırlanmış qanun layihəsi 1846-cı ildə çar tərəfindən reskript1 şəklində imzalandı. Reskriptə əsasən, bəylərin ixtiyarında olan torpaqlar (mülk, tiyul və mülki-xalisə) üzərində irsi mülkiyyət hüququ təsdiq edildi. Bəy, ağa və digər torpaq sahibləri öz mülklərini nəsildən-nəslə ötürmək, satmaq,
1Reskript - qanun gücündə olan sənəd, buyruq