Sizcə, 1970-80-ci illərdə tarixi mövzuda çəkilmiş filmlərin sayının artması nəyi sübut edir?
İstedadlı rəssamlar Tahir Salahov, Mikayıl Abdullayev və Toğrul Nərimanbəyov bu dövrdə Azərbaycan boyakarlığının gözəl nümunələrini yaratmaqda davam edirdilər. Onların yaratdıqları tablolar dünyanın müxtəlif ölkələrinin sərgi salonlarında uğurla nümayiş etdirilirdi.
Heykəltəraşlarımızdan Cəlal Qaryağdı, Mirələsgər Mirqasımov, Tokay Məmmədov, İbrahim Zeynalov, Fuad Əbdürrəhmanov və Ömər Eldarovun Bakıda, Buxarada, Düşənbədə ucaltdıqları abidələr möhtəşəmliyi ilə seçilmiş və yüksək mükafatlara layiq görülmüşdü.
Sizcə, 1970 - 80-ci illərdə mədəniyyətin inkişafını intibah adlandırmaq olarmı?
70-ci illərdə Bakıda Dəniz vağzalı, indiki Heydər Əliyev sarayı, 80-ci illərdə Gülüstan sarayı inşa edildi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mədəniyyətin inkişafında qazanılan böyük uğurlar güclü milli oyanışa səbəb oldu.
SUAL VƏ TAPŞIRIQLAR: