O göstərdiyi igidliyə görə Fransanın ən yüksək hərbi mükafatını - paradda əsgərə generaldan öndə getmək haqqı verən ordeni almışdı.
İqtisadiyyatın cəbhənin ehtiyaclarını ödəməyə yönəldilməsi. 1941-ci ilin iyununda Azərbaycanda bütün işlər müharibənin tələblərinə uyğunlaşdırıldı. İş günü 11 saat oldu, ərzaq və sənaye malları verilməsində talon sistemi tətbiq edildi. Orduya gedənləri qadın və yeniyetmələr əvəz etdi. Böyük hərbi-strateji əhəmiyyətə malik olan Culfa-Mincivan, Salyan-Neftçala dəmir yolu xətləri işə salındı.
Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin verdi ki, bu da Sovet İttifaqı üzrə hasil edilən neftin dörddə üç hissəsinə, benzinin 90 faizinə bərabər idi. Bakıda Katyuşa raketi, YAK-3 qırıcı təyyarəsi, Şpagin pulemyotu, ümumiyyətlə, 130 adda silah və hərbi texnika istehsal edilirdi.
SUAL VƏ TAPŞIRIQLAR:
Cənubi Azərbaycan İkinci Dünya müharibəsi illərində strateji region kimi mühüm hədəfə çevrilmişdi. SSRİ-nin maraqları nədən ibarət idi? İran hökuməti müharibə illərində hansı siyasi manevrlər etdi? Cənubi Azərbaycan əhalisi bu zaman hansı hadisələrlə qarşı-qarşıya qaldı?
Azərbaycan Demokratik Firqəsi, Seyid Cəfər Pişəvəri, Milli hökumət, “Dil haqqında” Qanun, Təbriz Universiteti
Müttəfiqlərin siyasi fəndləri. XX əsrin 30-cu illərində İranda hərbi-polis rejimi yaradıldı. Rza şah özünü Hitlerə bənzədərək İranın füreri elan etdi.
İkinci Dünya müharibəsinin başlanması bölgənin geosiyasi əhəmiyyətini artırdı. Almaniya SSRİ-yə hücum etdikdə alman kəşfiyyatı Cənubi Azərbaycanda da fəallaşdı, Sovet İttifaqının əsas duru yanacaq bazası olan Bakı üçün real təhlükə yarandı. Ona görə də 1941-ci ilin avqustunda Sovet İttifaqı rəhbərliyi İranın şimalına hərbi qüvvə yeritdi.