Rusiyanın Azərbaycanı işğal etmək işini asanlaşdırmaq üçün ermənilərin Dağlıq Qarabağda qiyamı təşkil edildi. Ermənilər Novruz bayramı günlərində qəflətən Xankəndi qarnizonuna hücum etdilər. Ardınca Əsgəran qalasını ələ keçirdilər. Hərbi Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi hissələri Xankəndindən qovuldu. Azərbaycan hökuməti Qarabağda erməni qiyamını yatırmaq üçün ordunun böyük bir hissəsini general Həbib bəy Səlimovun başçılığı ilə oraya göndərdi. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı. Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan hökumətinin diqqətini şimal sərhədindəki təhlükədən yayındırmaq istəyirdi. Belə də oldu. Azərbaycan hökuməti Bakıda və şimal istiqamətində olan qoşunlarını Qarabağa göndərməklə Azərbaycana şimaldan giriş yolunu müdafiəsiz qoydu.
Sovet Rusiyası və çar Rusiyasının Cənubi Qafqazdakı milli siyasəti arasındakı oxşar xüsusiyyətləri müəyyən edin.
Bu şərtlərə görə, Azərbaycanın müstəqilliyi qorunub saxlanılmalı, Azərbaycan kommunistlərinin yaradacağı hökumət müvəqqəti orqan olmalı, XI Qırmızı Ordu Bakıya daxil olmamalı idi. Amma bu şərtlərdən heç birinə əməl olunmadı. Rus hərbçiləri şəhəri işğal etdi. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Bütün Şimali Azərbaycanın işğalı bir neçə gün ərzində başa çatdırıldı.
Azərbaycan SSR-in yaradılması. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) yaradıldığı elan edildi. Ali siyasi hakimiyyət orqanı kimi Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradıldı. Həmin komitənin formalaşdırdığı yeni hökumət Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS) adlandırıldı, Nəriman Nərimanov sədr təyin edildi.
XI Qırmızı Ordunun Azərbaycanın bölgələrində zorakılıq aktları haqqında məlumat toplayın.