Ş.M.Xiyabaninin Sovet Rusiyasının yardım təklifindən imtina etməsini doğru addım hesab edirsinizmi? Müzakirə aparın.
Xiyabaninin başçılıq etdiyi hərəkat tamamilə milli azadlıq və demokratiya uğrunda mübarizə səciyyəsi daşıyırdı. Tehran hökumətindən ölkənin respublika elan edilməsi və Cənubi Azərbaycana muxtariyyət verilməsi tələb olunurdu.
1920-ci il iyunun 23-də Milli hökumət yaradıldı. Xiyabaninin başçılıq etdiyi Milli hökumət tam bir muxtar qurum kimi fəaliyyət göstərməyə başladı.
Milli hökumət Cənubi Azərbaycanda bir sıra mühüm islahatlar həyata keçirdi.
Cənubi Azərbaycanda Milli hökumətin tədbirləri | |
Sosial-iqtisadi |
|
Mədəniyyət |
|
Dövlət və hərbi quruculuq |
|
Maraqlıdır ki, Təbrizdə Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında milli hökuməti “Azərbaycan Cümhuriyyəti” adlandırmışdı.
Şimali Azərbaycanda 1920-ci ilin yayında sovet rejiminə qarşı baş vermiş üsyanlar qan içərisində boğuldu. Bu, Xiyabaninin Şimali Azərbaycanın işğaldan qurtulacağına olan ümidlərini qırdı. O, bolşevik zülmündən Cənuba üz tutan azərbaycanlılara dərhal sığınacaq verdi. Onların içərisində Gəncə və Qarabağ üsyanlarında iştirak etmiş çoxlu sayda hərbçimiz də var idi.
Qacarlar hökuməti bu hərəkat vasitəsilə ölkəni demokratikləşdirmək üçün gözəl imkan qazandı. Lakin İngiltərədən tam asılı olan hökumət bu imkandan yararlanmadı. Qacarlar hökuməti bütün əks-inqilabi qüvvələri səfərbər etdi. İngiltərə nümayəndələri ilə birlikdə hücum əməliyyatı hazırlandı. Komandanı rus olan şah kazak dəstəsi Təbrizə yeridildi. Milli hökumətin müdafiəçiləri qəhrəmanlıqla vuruşurdular. 1920-ci il sentyabrın 14-də azadlıq hərəkatı yatırıldı. Milli hökumət süqut etdi. Şeyx Məhəmməd Xiyabani sona qədər igidliklə vuruşdu və Vətəni uğrunda şəhid oldu. Qacarlar hökumətinin “təslim olarsa, onu bağışlayacağıq” təklifinə bu qəhrəman türk belə cavab vermişdi: “Mən ölməyi üstün tuturam və düşmənlərimin qarşısında diz çökmərəm. Mən məşrutə dövrünün övladıyam və ərəblərə baş əyməyən Babək Xürrəminin nəslindənəm”. Beləliklə, milli azadlıq hərəkatı məğlubiyyətə uğradı. Cənubi Azərbaycan türkləri bu hərəkat zamanı ilk dəfə idi ki, muxtariyyət əldə etmək uğrunda mübarizə aparmışdılar.