1. Tünd şriftlə verilmiş cümlədə ovqat sözünü hansı sözlə əvəz etsəniz, məzmununa xələl gəlməz?
  2. Sual işarələrinin yerinə uyğun söz yazmaqla söz birləşmələrini tamamlayın.
    quşun
    itin
    toyuğun
    at, inək və qoyunun
    →
    →
    →
    →
    yuvası
    ?
    ?
    ?
  3. Sürahi - məhəccər, eyvan - aynabənd - şüşəbənd sözlərinin leksik mənasını müəyyənləşdirərək verilmiş qarşılıqların yaxınmənalı söz olduğunu əsaslandırın.
  4. Sinonimlər cərgəsində nə düzgün deyildir? Səhvləri düzəldin.

    təşviş - iztirablı - təlaş - narahat - nigarançılıq

    • Fikirlərinizi şərh edin.
  1. Hansı sözün yazılışı düzgündür ?

    müşayiət □

    müşayət □

    prespektiv □

    perspektiv □

    məşhur □

    məhşur □

    layihə □

    lahiyə □

    kəşməkəş □

    keşməkeş □

    fakültə □

    fakültə □

    şaiyə □

    şayiə □

    təchiz □

    təhciz □

  2. Mətndə fərqləndirilmiş cümlələri aşağıdakı kimi qruplaşdırın:
    • Məzmun qarşılaşdırılır.
    • Biri digərini aydınlaşdırır.
    • Hadisələr ardıcıl baş verir.
    • Səbəb və nəticə məzmunu vardır.
  3. Mətndə fərqləndirilmiş cümlələri altından xətt çəkilmiş cümlələrlə müqayisə edin. Cümlələri hansı baxımdan fərqləndirdiniz?
  4. Boşluqları tamamlamaqla kiçik mətn qurun.