İnsanlar arasındakı
ayrı-seçkilik nəyə
səbəb ola bilər?
Mənim siqareti yandırmağımla söndürməyim bir olurdu. Ancaq
qardaşı gələndə dərhal külqabını tapıb masanın
üstünə qoyar, o da papirosunu yandırar, ara vermədən bir-birinə calayar, tüstü-duman, acı qoxu evə dolardı.
Bacı qardaşına bir kəlmə söz deməzdi ki, xətrinə dəyər. Mən ona qardaşının yanında deyərdim: “Deyəsən,
qardaşının papiros tüstüsü bal dadır”. Hamı bu sözümə gülərdi. O da deyərdi: “Əlbəttə... qardaşımın qadasını
alım”.
Göyərçin balaları olan otaqda qardaşının “bal tüstüsü”nün zəhərə döndüyünü həyat yoldaşım ağlına belə
gətirməyib. Qoca quşbazın fikrini ona deyəndə təəccübləndi: “Aman, Allah, keç günahımızdan”, - dedi və
gözləri yaşardı.
İki gün idi ki, göyərçinlər görünmürdü. Yəqin, inciyib getmişdilər. Özümü günahkar sayır,
Göyərçinin bu hərəkəti ilə müəllif nəyə etiraz edir və nəyi bildirmək istəyir?
- Sizcə, şəkillə mətnin uyğun hissəsi arasında hansı fərq vardır?
iztirab
çəkirdim. Bir yerdə qərar tuta bilmirdim. Eyvana çıxdım. Birdən ağ göyərçinin məhəccərə qonması məni
diksindirdi. Həyəcanla ona baxdım. Ağ göyərçin məhəccərin sağ tərəfində, sakitcə, küskün halda
dayanmışdı. Sonra məhəccərin üstü ilə mənə sarı gəlib qığıldaya-qığıldaya
sağ əlimin
üstünü dimdikləməyə başladı. Mən məhəccərdən tutub durmuşdum, ağ göyərçinə ürəyi soyuyana qədər dərimi
didməyə imkan verdim.
Ağ göyərçinə təsəlli verməyə gücüm yox idi: qəhər məni boğurdu.
Ağ göyərçin uçub getdi, bir daha qayıtmadı. Onun müsibəti qəlbimdə silinməz iz buraxdı.
Didərgin, “Füyuzat” jurnalından, 2011-ci il