Hər bir sual onun sahibinin səviyyəsi, dünyagörüşü, bilik və məlumatı haqqında təsəvvür
yaradır.
Söylənilən fikirlərlə bağlı veriləcək suallar ölçülüb-biçilməlidir.
Suallar əhatəli, düşündürücü, məntiqli, maraqlı olmalıdır.
Sualların verilməsində nəzakət qaydaları gözlənilməlidir.
Suala cavab aldıqdan sonra müsahibə (həmsöhbətə) razılıq bildirilməlidir.
Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin, suala cavab verən
digər şəxsin mimikasında əks olunmalıdır.
Verilən suala dərhal münasibət bildirilməlidir.
Cavab vermək bacarığı insanm əsas keyfiyyətlərindən biridir.
Cavab verən təkcə bilik və məlumatını deyil, eyni zamanda öz mədəni səviyyəsini də nümayiş
etdirir.
Hər bir şəxs suallara aydın, lakonik və müvafiq emosional çalarda cavab verməyi
bacarmalıdır.
İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digər şəxslərə ünvanlanan suallar
diqqətlə dinlənilməli, sualın müqabilində nəzakətli ifadələr işlənilməlidir.
Cavabdan sonra qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa, daha yaxşı olar.
Cavab verərkən etik normalar gözlənilməlidir.
“Qarşımızdakıların söhbətlərini diqqət və ciddiyyətlə dinləməliyik. Əgər bir toplantıda olduqda
mövzunu düzgün və yaxşı anlamamışıqsa, qəlbə dəyməyən suallar verərək daha çox izah edilməsini rica
etməliyik”.
Məhəmməd Peyğəmbər (s.ə.s.)
2015-ci ildə Yaponiya dövləti Xirosima və Naqasakidə baş vermiş faciənin 70 illiyini qeyd etmişdir.
Bu məqsədlə yapon xalqı Sülh parkındakı xatirə abidəsinin önünə toplaşmış, faciənin qurbanlarını yad
etmişdir.
Atom bombasının Yaponiyaya atılması ilə bağlı çəkilmiş hər hansı sənədli bir filmi izləyin, fikir
mübadiləsi aparın. Sizcə, müasir dövrdə belə bir fəlakət baş verə bilərmi? Onun baş verməməsi üçün
nə etmək lazımdır?