- Yola davam et! - deyə göstəriş verdi.
- Siz kimsiniz axı? Məndən nə istəyirsiniz?
- Müdafiə Nazirliyinə apardığın materialları bura ver! Bitirdiyin elmi ixtiranın yekun nəticələrini deyirəm.
Aqşin özünü ələ aldı, gözü yolda olsa da, bütün diqqətini topladı: “Bu alçaqlar işin dünən bitdiyindən belə tez necə xəbər tuta bilərdilər axı? Satqın kim ola bilərdi?” Vəziyyət olduqca qorxulu idi. Bu adamlar məqsədlərinə çatmaq üçün təkcə onu yox, qarşılarına çıxan hər kəsi öldürməyə hazır idilər.
Birdən Aqşinin ağlına qəfil fikir gəldi. Əgər o bunu həyata keçirə bilsəydi, öz canını xilas edə bilməsə də, ölkəsinin milli təhlükəsizlik orqanları son dərəcə əhəmiyyətli ixtiranın yazılmış olduğu yaddaş kartını ələ keçirə bilərdilər. Beləliklə, ixtirası düşmənlərə yox, Azərbaycana qismət olardı.
O, Azərbaycanın hüquq-mühafizə sisteminin çox güclü olduğunu bilirdi. Bilirdi və onların ustalığına dərindən inanırdı.
Fikrini qətiləşdirib, maşının sürətini artırdı. Professor Fəridzadə son ümid yeri olan planını həyata keçirmək üçün risk etməyə məcbur idi...
Elxan Elatlı