MƏNDƏ İXTİYAR OLSA İDİ
analı, ya anasız!
Mən istəyirəm:amanlı, ya amansız!
Mən istəyirəm:
gözlər qapanmasın,
sözlər qapanmasın!
yanğınlar sönsün, ümidlər sönməsin!
Meyvələr dəysin öz fəslində,
insan başı əyilməsin
xəcalətdən, ya gücsüzlükdən!
torpağın üzərində.
Göz yaşı bulaq kimi axmasındünyanın heç bir yerində.
Hər şey insana baxsın,insan ələ baxmasın!
Gecələr ulduzlar oyaq olsun,insanlar yatıb dincəlsin!
Qüvvət toplasın sabahın xeyirli işlərinə!sevinc, səadət bol olsun!
Ürəkdən ürəyə, ölkədən ölkəyəaçıq yol olsun!
Rəsul Rza