Uzun müddətdir, dolub-daşan fikirlərim məni narahat edirdi, sizinlə bölüşüb, azacıq da olsa, yüngülləşmək
istədim. Səbirlə məni dinlədiyiniz üçün sizə minnətdaram, inanıram ki, bundan sonra haradasa ağac
gördükdə ona adi bir ağac kimi baxmayacaqsınız. İndicə danışdıqlarını yadınıza düşəcək, bizi doğma
nəzərlərlə süzəcəksiniz. Bizim də sizin kimi sevgiyə, qayğıya ehtiyac duyduğumuzu unutmayacaqsınız.
Gəlin hamımız birlikdə dünyamızı gözəlləşdirmək üçün çalışaq.
Vüqar Adilov
- Müəllif nə üçün məhz ağacı obraz seçmişdir? Ağac nəyin simvoludur?
- Mətndə ağacın, ümumiyyətlə, yaşıllığın insanlara və təbiətə hansı xeyirli cəhətləri sadalanır?
- Sxemi tamamlayın və şərh edin.
- Mətndəki “Mən” pərdəsini yırtıb “biz” deməyi bacarmaq” ifadəsini şərh edin. Sizcə, hansı söz
əsasdır: mən, yoxsa biz? Niyə? Bu sözlərin hansı məqamda, necə və nə məqsədlə işlədilməsi
haqqında fikir yürüdün.
- Mətndə bundan danışılmır:
- insanlara məxsus əxlaqi dəyərlərdən
- təbiətə dəyən ziyanın miqdarından
- təbiət və insanın qarşılıqlı münasibətindən
- dünyanı gözəlləşdirməyə çağırışdan
- Mətndə müəllif tərəfindən hansı qlobal problemə toxunulur?
- Nə üçün ekoloji problemlər XXI əsrdə qloballaşan dünyanın böyük bəlasına çevrilib? Bu
fəlakətlərin yaranması yalnız insanın təbiətə olan ögey münasibətiləmi əlaqədardır? Bəs elmin,
texnikanın inkişafı ətraf aləmə hansı ziyanı vurur?
-
Mətnin hansı hissəsinin rəsmlə təsvirini vermək olar? Niyə belə hesab
edirsiniz?
-
Mətndə hansı cümlə ideyanın müəyyənləşdirilməsi üçün açar rolunu oynayır?