Mövsüm bəyin Almaniyadan öz sevimli müəllimi, Azərbaycan milli mətbuatının banisi, böyük mütəfəkkir ... göndərdiyi məktublann, müəllim və tələbə arasında gedən yazışmaların məzmunu xeyli maraqlıdır. 2 Bu məktublarında Mövsüm bəy müəlliminə təhsili, əldə etdiyi nəticələr, gələcək planları barədə söhbət açır və keçmiş məktəb yoldaşları: Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin əhvalını soruşurdu. 3 Xatırladaq ki, adı çəkilən bu iki şəxs də Bakı realnı məktəbini bitirdikdən sonra Moskvadakı Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almağa başlamış, “Əkinçi” qəzetinin fəal müəllifləri kimi tanınmışdılar. Mövsüm bəy, Nəcəf bəy və Əsgər ağa arasında məktəb illərindən əsası qoyulmuş dostluq münasibəti uzun illər qorunub saxlanmışdı.
4 H.Zərdabiyə məktubunda o yazırdı ki, növbəti il üçün artıq Leypsiq şəhərini seçmişdir. Müəlliminin xeyir-duası ilə təhsilə başlayan Mövsüm bəy Leypsiqdə uzun müddət qala bilmir, 1881-ci ilin maymda Almaniyanın Strasburq şəhərindəki ən nüfuzlu elm və təhsil mərkəzlərindən sayılan Vilhelm Kayzer Universitetinə gəlir. Burada zamanının tanınmış alimlərindən olan bioloq Anton de Bari, kimyaçı Rudolf Fittiq kimi alimlər çalışırdılar. M.Xanlarov da burada professor R.Fittiqin rəhbərliyi altında elmi araşdırmalara başladı...
5 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşlı azərbaycanlı Mövsüm bəy Xanlarov doktorluq dissertasiyasını uğurla müdafiə etdi və o, kimya elmləri doktoru alimlik dərəcəsi aldı. Bakıda doğulub boya-başa çatmış 26 yaşlı gəncin
Qısa müddətdən sonra doktor M.Xanlarov onu yetişdirmiş vətənə fayda vermək üçün Azərbaycana döndü və mühəndis-texnoloq kimi bu uğurların sırasını daha da genişləndirdi. Alim Azərbaycamn sahib olduğu neft sərvətinin vətənin rifahına sərf olunması üçün bütün səylərini səfərbər etdi.
D.İ.Mendeleyev, D.P.Konovalov, N.A.Mentuşkin kimi alimlərin zəmanəti əsasında Mövsüm bəy Xanlarov Rusiya fizika-kimya cəmiyyətinin üzvlüyünə qəbul olunmuşdur.