AZƏRBAYCANI AVROPADA TANIDAN
İLK KİMYAÇI ALİM
(ixtisarla)
Mövsüm bəy Xanlarov 1857-ci ildə Bakıda anadan olmuş, ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, tarixi və klassik ədəbiyyatı da burada öyrənmişdir. O, müstəqil şəkildə rus dilini öyrənmiş, 1872-ci ildə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Bu gimnaziyanın bazası əsasında 1874-cü ildə Bakı realnı məktəb yaranır.
O dövrdə Bakı böyük neft sənayesi mərkəzinə çevrilmişdi. İndi olduğu kimi, onda da bütün dünyanın diqqəti bu qədim Şərq şəhərində idi. Bakıya xarici sərmayə ilə birgə Rusiyanın müxtəlif bölgələrindən, həmçinin Azərbaycanın cənubundan işçi qüvvəsinin də axını başlamışdı. Neft hasilatında o dövr üçün ağlasığmaz sayılan yüksək göstəricilərə rəğmən lazımi texnologiyanın və ixtisaslı mütəxəssislərin yoxluğu bu sahədə inkişafa mane olurdu. Azərbaycana digər ixtisas sahibləri ilə yanaşı, neft mühəndisləri də hava və su kimi lazım idi. Təhsil sahəsində yüksək qabiliyyət nümayiş etdirən 15 yaşlı Mövsümün gələcək seçimini də, görünür, elə bu zərurət müəyyənləşdirmişdi. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, əlavə siniflərdə təhsilini davam etdirmək üçün məktubla məktəbin direktoruna müraciət edir.
həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı.
fundamental elmlərə böyük maraq göstərən Mövsüm bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi.
məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi.
əslində, bunların hər biri Mövsümün təhsil alması üçün əsas səbəb idi.
Azərbaycanm neft sənayesində gedən inkişafı, xüsusilə neft emalı sahəsində böyük perspektivləri nəzərə alan M.Xanlarov qərarını qətiləşdirmişdi: ali təhsil almaq üçün Almaniyaya getmək, vətənə neft emalı üzrə peşəkar mühəndis-texnoloq kimi qayıtmaq.