Sadə cümlə haqqında bildiklərinizi yadınıza salıb suallara cavab verin.
Sadə cümlə nədir?
Sadə cümlənin məqsəd və intonasiyaya görə növləri hansılardır?
Sadə cümlənin şəxsə görə hansı növləri var?
Cavablarınızı nümunələrlə əsaslandırın.
Aşağıdakı sxemə uyğun cümlə qurun.
Cümlənin məzmunu sizin indiyə qədər əldə etdiyiniz hər hansı bir nailiyyətlə bağlı
olsun.
Yazdığınız cümlədə
cümlə üzvlərinin nə ilə ifadə olunduğunu deyin.
Bütün əngəllərə böyük fədakarlıqla sinə gərərlər cümləsinin sintaktik təhlili hansı
cümlənin sxeminə uyğundur?
A) Məşhur insanlar bugünkü nailiyyəti zəhməti ilə qazanıblar.
B) Bir adama xeyir verməyən iş heç kimə lazım deyil.
C) Gözəl gələcəyə işıq salan məqsədə inadlı zəhmət çəkməklə nail olarlar.
“Mən gələcək həyatımı necə görürəm” adlı nəqli xarakterli inşa yazın. Yazınızda sadə cümlənin
müxtəlif növlərindən istifadə edin.
Nəqli inşa yazmaq üçün istiqamət:
Məqsədinizi, nəyi çatdırmaq istədiyinizi müəyyən edin.
İnşanın hissələrini (giriş, əsas hissə, nəticə) əlaqələndirin.