UĞUR
Müvəffəqiyyət hədəf seçməkdən başlayır. Hədəfi düzgün seçmək və durmadan ona nail olmaq uğrunda çalışmaq bu prosesin əsasıdır. Bu yol çox keşməkeşli və çətin olsa da, nəticəsi çox ürəkaçandır.
İnsanın həyatda uğur qazanmasında zəkanın böyük rolu vardır. Amma zəka nə qədər parlaq olursa-olsun, insanı uğura aparan ən vacib və mühüm şərt zəhmət və çalışmaqdır. Məşhur fizik Tomas Edison onun şəxsiyyətində sehrli güc axtaranlara “Yüzdə bir istedad zəka, yüzdə doxsan doqquz isə zəhmət və ağıl” cavabını verirdi.
Nailiyyətə mane olan ən böyük düşman tənbəllikdir. Tənbəllik azad olam əsir edir. Müdriklərdən biri demişdir: “İşləsən, xəzinəyə sahib olarsan, tənbəllik etsən, əlindəki xəzinəni də itirərsən”.
Müəyyən edilmiş hədəf işığında uğura sahib olmağın ilk (təməl, əsas) şərtlərindən biri özünəinamdır. (Böyük, uca, yüksək) uğura sahib olanlar “özünəinamla” silahlananlardır. Onlar firtinalı günlərdə belə özünə güvənmələri sayəsində əsla sarsılmayacaq bir qaladırlar. Bütün əngəllərə (...) böyük fədakarlıqla sinə gərərlər.
“Quldarlığa son qoyan prezident” kimi tanınan ABŞ Prezidenti Abraam Linkolnun həyatı uğursuzluqlarla dolu olduğu halda, özünəinamı sayəsində heç vaxt sarsılmamış və bütün çətinlikləri dəf etməyi bacarmışdır. Senatın üzvü ola bilməsə də, səbri və inadkarlığı sayəsində ABŞ prezidenti olmuşdur.
“Füyuzat” jurnalından, 2012-ci il