1
MAARİFÇİ FƏDAİLƏR - AŞURBƏYLİLƏR
Aşurbəylilər nəslinin kökü qədim türk tayfalarından olan əfşarlara gedib çıxır. Nadir şah 1740-cı
ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından
bir çoxunu indiki Sabunçu, Zabrat və Keşlənin ərazilərində yerləşdirmişdi. Onun dövründə Aşur xan
Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub. Aşurbəylilər nəsli öz soyadlarım Aşur xan
Əfşarın adından götürmüşlər. Aşur xanın beş oğlu olub.
...1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra vəziyyət bir qədər
dəyişir. Bəylərin və xanların hüquqları məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali
arasında
2
Şəklin altındakı İfadələrdən istifadə
etməldə cümlələri tamamlayın.
-
Nəslin ən məşhur nümayəndələrindən biri səxavəti və xeyirxahlığı ilə tanınan Nabat xanım Aşurbəyovadır. O,
__________ sahib imiş...
- Nabat xanım Bakı milyonçusu
H.Z.Tağıyevin təşəbbüsünə qoşularaq Bakıya __________ iştirak edib.
- Nabat xanımın ən böyük xidməti Bakıda tikdirdiyi Təzə Pir məscidi olub.
________ Nabat xanım H.Z.Tağıyevi
dəvət etmişdir.
- Deyilənə görə, Nabat xanım məscidin
______ istəyirmiş. Lakin buna maddi
imkanı çatmayıb.
- Təəssüf ki, Nabat xanım məscidin tikilib
başa çatmasına cəmi iki il qalmış vəfat etmiş, tikinti oğlu Hacı Abbasqulu Rzayev
tərəfindən ________ başa
çatdırılmışdır.
- Olduqca xeyirxah olan Nabat xanım __________ yaşadığı mənzilin qapılarını taybatay açıq qoyarmış. Bu ona
işarə idi ki, yoxsullar həmin gün bu xanımın süfrəsinə qonaq ola bilərdilər.
yaranan narazılığı gördükdə ali təbəqə ilə bir qədər “yumşaq” davranmaq qərarına gəlir. Ali təbəqəyə
mənsubluğun bilinməməsi üçün bəylər özlərinə sonu “ov”la bitən “russayağı”
familiya qəbul etməli idilər. Həmin
vaxtdan bu nəslin nümayəndələri
cəmiyyətdə Aşurbəyovlar kimi tanınırlar.