bədii təyin | təyin | tərzi- hərəkət zərfliyi | |
Bu soyuq, qara daş nə günəş şüası ilə qızır, nə də insan hənirtisi ilə isinirdi. (F.Kərimzadə) | □ | □ | □ |
Şahinlə Gülyanaq arasındakı soyuq münasibət Dədə Bəhmənin gözündən yayınmadı. (Əfqan) | □ | □ | □ |
Anasının otağında babası ilə rastlaşan Seyid Əzim onunla soyuq davrandı. (Ə. Cəfərzadə) | □ | □ | □ |
Oturmuş palanın üstündə hambal, Dərin düşüncəyə qərq olmuş yazıq. (S. Vurğun) |
□ | □ | □ |
Quyunu gen qaz, dərin qaz, özün düşərsən. (Atalar sözü) | □ | □ | □ |
Bolu bəy Koroğlunu dərin bir quyuya saldırıb ağzını möhkəm bağladı. ("Koroğlu" dastanı) | □ | □ | □ |
Bir gün Mövlana təmir üçün evinə usta çağırır. Həmin şəxs işinə başlayır. Mövlananın tələbələrindən bəziləri ustanın xristian olduğunu anlayınca zarafatla belə deyirlər:
- Dinlərin ən sonuncusu və gözəli İslamdır. Sən də gözəl qəlbə sahib bir insansan. Niyə müsəlman olmursan?
Usta işini saxlayır, başım qaldırıb onları süzür. Sonra təmkinlə cavab verir:
- Əlli ildir, İsa dinindəyəm. Dinimi tərk etsəm, utanaram.
Bu əsnada içəri girən Mövlana ustanın bu sözlərini eşidib belə deyir:
- Müsəlman da, xristian da Allaha inanır. Din sahibidir, dinsiz deyildir.
Mövlananın bu izahından tələbələr utanır, usta rahat nəfəs alır.
(Muxtar Cəfərovun “Eşq pərvanəsi” kitabından)