Məhəmməd Sadıq bəy Qurani-Kərimin rus dilinə tərcümə edilməsinin də təşəbbüskarlarından olmuşdur. O, 1904-cü ildə rus dilində “Türkmən ləhcəsi”, 1931-ci ildə polyak dilində “Türk dili” və s. kimi sanballı əsərlərini nəşr etdirmişdir. Hələ 1904-cü ildə yazıb nəşr etdirdiyi “Türkmən dilinin qrammatikası” kitabına görə Buxara əmiri Seyid Alim xan onu qızıl medalla təltif etmişdi.
1944-cü ildə Lvov şəhəri faşistlər tərəfindən işğal olunanda şəhərin alman komendantı tək-tənha yaşayan professor Məhəmməd Sadıq bəyin mənzilini öz qərargahına çevirir və onun zəngin kitabxanasını ələ keçirir. Bundan sonra yan qaranlıq, nəmli zirzəmiyə köçən Məhəmməd Sadıq bəyin orqanizmi daha da zəifləyir. Səhhəti getdikcə pisləşir, 1944-cü ildə 79 yaşında qürbətdə - Lvov şəhərində vəfat edir. T.Levitski atası qədər sevdiyi müəllimini gizlincə müsəlman adəti ilə dəfn etdirir.
Mahir Qəribov, “Füyuzat” jurnalından, 2013-cü il