* * *
M.S.Ağabəyzadə Azərbaycan parlamenti və hökumətinin tapşırığı ilə 1919-cu ildə ABŞ Prezidenti Vudro Vilsonun şəxsi elçisi general Ceyms Harbordla Azərbaycanla bağlı hərbi məsələləri müzakirə etmişdi.
C.Harbord general Sadıq bəyin müşayiəti ilə Bakıya gəlmiş və məşhur milyonçu mesenat Hacı Zeynalabdin Tağıyevin evində qalmışdı...
Ceyms Harbord qısa müddətdə ünsiyyətdə olduğu general-mayor M.S.Ağabəyzadə haqqında demişdi: “...Bu fakt məni sevindirir ki, Azərbaycan Daxili İşlər Nazirliyində belə yüksək səviyyəli şəxsiyyətlər vardır...”
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşeviklərlə işləmək təkliflərini rədd edən M.S.Ağabəyzadə 1920-ci ildə istanbula gedib orada bir müddət görkəmli mütəfəkkir, tərcüməçi, jurnalist, ədib, həkim və rəssam olan yaxm qohumu Əli bəy Hüseynzadənin yanında yaşamış, sonra Fransaya getmişdir.
1927-ci ildən 15 il müddətində Lvov Universitetində şərqşünaslıq fakültəsinin qurucusu və professoru olmuş, Şərq xalqlarının dili, tarix və mədəniyyətindən dərs demişdi. Bu universitetdə bir sıra şərqşünasların yetişməsində professorun əvəzsiz xidmətləri olmuşdur. Teofil Voladarski, Olqa Bak, Tadeuş Levitski həmyerlimizin yetirmələri idi.