MƏHƏMMƏD SADIQ BƏY
AĞABƏYZADƏ
(ixtisarla)
-
Mətndən götürülmüş sözlərin düzgün tələffüzünü göstərin.
Cədvəldəki hansı sözün tələffüzündə
birdən artıq fərqli məqam var?
layiq, olduqca,
şərqşünas, cinayətkarlıqla,
orientoloq, qulluqetmə,
müstəqil,
orqan
|
[ğ] |
[k'] |
[q] |
[X] |
|
|
|
|
Orientoloq - şərqşünas
Çox dil bilən şəxs necə adlanır?
Görkəmli professor, orientoloq alim Məhəmməd Sadıq bəy Ağabəyzadə türk, fars, ərəb, polyak və fransız
dillərində sərbəst danışırdı...
Əslən Salyanın məşhur Ağabəylilər nəslindən olan
M.Ağabəyzadə 1865-ci ildə Bakı quberniyasının Göyçay qəzasında ruhani ailəsində anadan olmuşdur. İlk
təhsilini Bakı realnı məktəbində alan Ağabəyzadə daha sonra Sankt-Peterburqdakı piyada hərbi məktəbini
əla qiymətlərlə başa vurmuşdur. Çar Rusiyası ordusunda qulluq edərkən göstərdiyi əla xidmətlərə görə
M.S.Ağabəyzadə general-mayor ali hərbi rütbəsinə, bir sıra orden və medallara, o cümlədən Rusiya
imperiyasının ən yüksək təltiflərindən sayılan II dərəcəli “Müqəddəs Anna” ordeninə layiq görülmüşdü.
Sonradan
Sizcə, hansı mühüm
hadisədən söhbət
gedir?
öz xahişinə əsasən ordudan tərxis olunub Göyçaya qayıtmışdır. 1918-ci ilin may ayında
Azərbaycan tarixində çox mühüm hadisə baş
verdi. Bu, generalı
hədsiz sevindirir. Peşəkar
hərbçi general
müstəqil dövlətimizə xidmət etmək üçün ona olunan təklifi ürəkdən qəbul edir. O, 1918-ci ilin
oktyabr ayından 1920-ci ilin yanvarına qədər Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyində nazir
müavini vəzifəsinə təyin olunmuş və təqaüdə çıxanadək bu vəzifədə fəaliyyət göstərmişdir. Vəzifə
səlahiyyətlərini layiqincə icra edən M.S.Ağabəyzadə çox intizamlı,
tabeliyində olanlara qarşı olduqca
tələbkar olduğu üçün tez-tez lazımi məntəqələrə baş çəkir, ərazi polis orqanlarının təftişində iştirak edir
və onlara əməli köməklik göstərirdi. Məhəmməd Sadıq bəyin 1918-20-ci illərdə gənc, müstəqil dövlətimizin
polis orqanlarının təşəkkülü və inkişaf etdirilməsində müstəsna xidmətləri olmuşdur...