Hər bir mövzuda dinləyiciyə çatdırılmalı bir əsas fikir, ideya olur. Digər fikirlər həmin fikrin,
ideyanın bitkin bir şəkildə ifadə olunmasına xidmət edir.
Nitqin düzgün qurulması üçün hər kəs münasib söz seçməyi, sözün mənasına fikir verməyi, onu
düzgün səsləndirməyi bacarmalı, işlətdiyi sözlərin ifadə edəcəyi fikrə uyğun olmasına
çalışmalıdır.
Mədəni və məzmunlu nitqin əsas xüsusiyyətlərindən biri onun rabitəli olmasıdır. Yəni mövzudakı
fikirlər müəyyən ardıcıllıqla şərh olunmalı, onların arasında məntiqi bağlılıq gözlənilməlidir.
İkinci fikir birincidən, üçüncü ikincidən, dördüncü fikir üçüncüdən doğmah, onu davam etdirməli,
tamamlamalı, genişləndirməli və dəqiqləşdirməlidir.
Rabitəli nitq üçün aşağıdakı meyarları əsas götürmək lazımdır:
1. Məzmun. Bu, əsas element sayılır. Natiqin biliyi və söz
ehtiyatı nitqin bu elementi ilə
müəyyənləşir. 2. Kompozisiya. Mövzunun əsas məqsədini bilmək,
suallara konkret cavab vermək. 3. Yığcamlıq. Geniş fikri az
sözlə ifadə etmək
4. Aydınlıq. Fikrin
dəqiq verilməsi, aydın diksiya.
5. Təbiilik. Özünə inam, dinləyicilərin marağına və səviyyəsinə
uyğun danışmaq.
6. Kobud sözlərə yol verməmək. 7.
Normal temp. Bir dəqiqədə 100-150, orta hesabla 125 söz işlətmək
Dinləyicilərin diqqətini səfərbər etmək, nitqi anlamağı asanlaşdırmaq məqsədilə müvafiq intonasiya
çalarlarından istifadə etmək 8. Mimika. İfadə edənin sifətində
emosional rənglərin, çalarların
nəzərə çarpması. 9. Jest. Artıq jestə yol verilməməli, jestlər
məna ilə sinxron olmalı, sözü, fikri
tamamlamalı, nəzərə çarpdırmalıdır. 10. İntonasiya. Danışanın
səsində emosional rənglərin,
çalarların nəzərə çarpması. 11. Səsin yüksəkliyi. Bu yüksəklik
hamının eşidə biləcəyi bir ölçüdə
olmalıdır. Natiq özü üçün rahat bir tərzdə deyil, eşidənin qəbul edə biləcəyi bir formada
danışmalıdır. Natiq özü üçün rahat bir tərzdə deyil, eşidənin qəbul edə biləcəyi bir formada
danışmalıdır. Natiq dildən, dilin imkanlarından məharətlə istifadə etməyi bacarmalıdır.