Çünki Hacı belə hesab edirdi ki, savadsızlığın mövcud olduğu bir mühitdə cəmiyyətin ahəngdar inkişafı qeyri-mümkündür. 2 Buna görə də o, ilk növbədə təhsil ocaqlarının açılmasına, onların pedaqoji kadrlarla, müxtəlif avadanlıqla təmin edilməsinə böyük əhəmiyyət verirdi. Onun “...məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib, hər yerə, hətta uzaq kəndlərə də göndərilməlidir” fikri təhsilə, mətbuata verdiyi həyati dəyərin ifadəsidir. 3 Bu baxımdan 1901-ci ildə Bakıda ilk Qızlar məktəbinin açılması bütün Yaxın Şərqdə və Rusiya imperiyasının hakimiyyəti altında olan müsəlman xalqları üçün böyük mədəni hadisə idi. Bu məktəbin açılması bir çox maneələrlə mübarizə şəraitində mümkün olmuşdur. 4
Hacı bu məqsədlə əvvəlcə imperator III Aleksandra müraciət etmiş, ancaq rədd cavabı almışdır. Məqsədindən əl çəkməyən Hacı daha sonralar yenidən təşəbbüs göstərərək çar II Nikolaydan icazə almağa cəhd (göstərmişdir, etmişdir). Bunun üçün o, müxtəlif vasitələrdən istifadə edir: çarın xanımına bahalı hədiyyələr bağışlayır və açılacaq məktəbin onun adını daşıyacağını bildirir. Nəhayət, məktəbin açılmasına nail olur.
Hacı yaxşı başa düşürdü ki, parçalanmış, gerilik və cəhalət içərisində yaşayan milləti müasir inkişaf yoluna (çıxarmaq, salmaq) üçün maarif ilkin şərtdir, başlanğıcdır, təməldir. Buna görə də o, təhsillə bağlı heç vaxt xeyriyyəçilikdən çəkinməmiş, başqalarını da bu yola dəvət etmişdir. O, milyonçu xanəndə Seyid Mirbabayevi Gürcüstandakı Qori seminariyasını himayə etməyə sövq etmişdir.
Hələ 1895-ci ildə Mərdəkanda bağçılıq məktəbi açması, Bakıdakı sənət məktəblərində öz vəsaiti hesabına (yeni, təzə) siniflər, laboratoriyalar yaratması, savadlanmanı təbliğ edən
"Nəşri-maarif" cəmiyyətini təsis etməsi, Nəriman Nərimanova, Əlimərdan bəy Topçubaşova, Nəsib bəy Yusifbəyliyə, Səməd bəy Mehmandarova, Məşədi Əzizbəyova, Xudadat bəy Məlikaslanova, Şövkət Məmmədovaya və digərlərinə təqaüd ayırması Hacının öz millətinə maarif və mədəniyyət sahəsində göstərdiyi əvəzsiz xidmətlərin yalnız bir hissəsidir.