Heyif, bilmirik ki, Sevim Bikə türk obasında yaşayan camaatla5 nə
dildə danışırdı; çünki bu hekayə ərəb
dilində yazılıb. Bu səbəbdən kitabdan6 cırılıb atılmalıdır ki, mən
də elə elədim.
Səhifə 200 və 201 - təmuz və qış barəsində dərc olunan Tövfiq Fikrətin şeirlərini çap etmədən qabaq
azərbaycanlıların dilinə çöndərməli idi.
Bunu da kitabdan çıxartdım.
Səhifə 203 - “Misir xatiratımdan”. Çürük, məzmunu çürük, dili çürük, məsəli çürük.
Əgər bu kitabı yazan mərhum müəllimimiz kitabını bu şəkildə, bu dildə meydana qoyubsa, bu iş onun şəxsi
işidir, onun ağlı belə kəsib.
Cümlədə ifadə olunan
fikrə münasibət bildirin.
Aman günüdür, nə dil olur-olsun, - qoy
məcus dili olsun, - ancaq oxuyub qanmalı
olsun.
Cəlil Məmmədquluzadə
(“Molla Nəsrəddin” jurnalı, 15 dekabr 1923-cü il)
- C.Məmmədquluzadənin “oxuyub qanmalı dil olsun” fikri ilə Şəhriyarın anasının sözlərini müqayisə
edin.
- Mətnə əsasən “Üçüncü il” dərsliyi haqqında fikrinizi 2-3 cümlə ilə ifadə edin.
- Mətndən çıxan nəticəni müəyyənləşdirin.
-
8-ci sinifdə oxuduğunuz “Bizim obrazovannılar” mətnini xatırlayın. Danışığında rus və
Azərbaycan kəlmələrini qarışdıraraq fikir söyləməyə çalışan “obrazovannılar”la Mahmud əminin
dərs kitabının dilini müqayisə edin.
-
Mətndə qaldırılan problemə münasibət bildirmək üçün :
- C.Məmmədquluzadənin yaşadığı dövrün ictimai-siyasi vəziyyəti barədə məlumat toplayın.
- Həmin dövrdə ana dili və dərslik məsələlərinə münasibəti araşdırın.
-
Mətnin hansı meyarlara uyğun gəldiyini yoxlayın:
sadə - mürəkkəb, konkret - mücərrəd, aydın - şifrəli
-
Sizin fikrinizcə, dərslik necə olmalıdır? Dərslikdə hansı mövzularda mətnlər öz əksini
tapmalıdır?