Azərbaycan dilinin bugünkü işlənmə səviyyəsi sizi qane edirmi?
İnsanın tam xoşbəxt olması üçün doğma vətəni, doğma dili olmalıdır. Maraqlıdır ki, başqa xalqlar “doğma dil” dedikləri halda, Azərbaycanda ANA DİLİ deyilir... Belə bir deyim var: “Bir xalqı məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al”.
Ulu öndər Heydər Əliyev demişdir: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir”.
Dil hər bir kəsin milli mənsubiyyətinin ilkin şərtidir. Millilik ilk növbədə ana dilinin varlığının, saflığının qorunması deməkdir. Hər bir kəs öz dilində təmiz, səlis danışa bilməli, bu dilin inkişafı üçün əlindən gələni etməlidir. Dil ən mühüm ünsiyyət vasitəsidir. Bir şərtlə ki danışarkən sözün dəyəri qiymətdən salınmasın. Doğma dilində danışan bir insanın nitqində yersiz işlənən əcnəbi sözlər laləli çəmənlikdə bitən alaq otlarına bənzəyir.
“Gəlin dilimizi qoruyaq” adlı dəyirmi masa, yaxud ədəbi-bədii veriliş təşkil edin.
Tədbiriniz haqqında elan yazın və müxtəlif peşə sahiblərini dəvət edin. Hazırladığınız tədbirlərin məqsədi haqqında cümlə quruluşuna və sözlərin düzgün yazılışına riayət etməklə qısa məlumat yazıb sosial şəbəkələrdə yerləşdirin.
Azərbaycan televiziya kanallarında ana dilində nümayiş etdirilən hər hansı bir verilişi izləyin.
İştirakçıların söhbətinə, danışıq tərzinə, intonasiyaya, məntiqi vurğuya, cümlə quruluşuna diqqət yetirin. Onların nitqində rast gəldiyiniz və düzgün hesab etmədiyiniz cümlələri, sözləri seçib düzgün yazın. Müzakirə aparın.
Nümunə üçün müxtəlif verilişlərdən götürülmüş cümlələri sizə təqdim edirik:
Bu cümlələrdə hansı sözlər yerində deyil? Fikri qoruyub saxlamaqla cümlələri düzgün yazın.
Hamını bu vacib məsələnin həllinə çağırın!