Bu ağacla o ağac arasında fərq var məsəlini hər dəqiqənin bir hökmü olduğunu, bir an içərisində bədbəxtliyin xoşbəxtliklə əvəz edilə biləcəyini göstərmək üçün çəkirlər.
Bir kişi ölərkən oğlanlarını çağırıb: - oğlanlarım, hər yurdda bir ev tikin, - deyə vəsiyyət edir.
Kişi öldükdən sonra oğlanlar öz atalarının vəsiyyətini həyata keçirmək məqsədilə onun qoyub getdiyi bütün var-dövləti bir neçə kənd və şəhərdə ev tikdirməyə sərf edirlər, lakin yenə də hər yurdda bir ev tikdirmək mümkün olmur.
Bir qoca kişi oğlanları çox məyus görüb səbəbini soruşur. Qardaşlar deyirlər:
- Necə qəmgin olmayaq ki, atamızın vəsiyyətini yerinə yetirməyə gücümüz çatmır.
Atalarının nə vəsiyyət etdiyini öyrəndikdən sonra qoca gülümsəyib deyir:
- Sizin atanız hər kənddə, şəhərdə bənna tutub ev tikdirməyi sizə tapşırmamışdır. O sizə hər kənddə, hər şəhərdə yaxşı bir dost tapmağı vəsiyyət etmişdir.
Oğlanlar qocaya: “Çox sağ olun, müdrik ata!” - deyib gedirlər.