Bir kişini günahsız olduğu halda dar ağacından asmağa hazırlaşırlar. İpi boğazına keçirərkən o, cəlladdan Məni bu dar ağacından deyil, o biri dar ağacından asın deyə xahiş edir, cəllad rədd etmək istədikdə məhkum yalvarır
Mən ki ölümdən boyun qaçırmıram, sənin üçün nə fərqi var, bu ağac olmasın, o ağac olsun. Amma mənim üçün fərqi var.
Nəhayət, cəllad razı olur. Məhkumu o biri dar ağacının altına aparan zaman çapar özünü yetirib şahın məktubunu cəllada verir. O, məktubda bu sözləri oxuyur məhbus günahsızdır onu dərhal azad edin Cəllad dərhal dar ağacının ipini kişinin boğazından çıxarıb onu azad edir.
Yenidən dünyaya gəlmiş məhbus cəllada müraciətlə deyir İndi gördün ki, bu ağacla o ağac arasında fərq var?!