-
Nöqtələrin yerinə sağ sütundaki sözlərdən uyğun olanı seçin.
- Nadir xəstəxanada özünə gəlib dənizdə qəzaya uğradıqlarını və dörd yoldaşının
fırtınada ...... həkimə
söylədi. (H.Abbaszadə)
- Oqtay. Of Firəngiz, neçin gəldin, neçin daim həyatımın keçidlərində görünüb
məni ..... istəyirsən?
(C. Cabbarlı)
- Şah İsmayıl üzünü ovucları arasına alıb oturmuşdu
Hazırlıqsız gəldim. Mənim günahımdan gör nə qədər igid ...... dedi. (Ə.Nicat)
- Aslanbəyov 1901-ci il dekabrın 7-də Peterburqda .... .
- Dünyasını dəyişmişdir ifadəsi ilə elə cümlə qurun ki, yerinə düşsün. Bu ifadə
“ölmüşdür”, "vəfat etmişdir” sözlərindən nə ilə fərqlənir?
- Üçüncü cümlədə durğu işarələrini bərpa edin.
məhv etmək
bada getmək
vəfat etmək
həlak olmaq
-
Bunlardan biri kibrlə sözünün leksik mənasıdır:
- lovğalıqla
- təvazökarcasına
- təmkinlə
- “Qarı dağı” mətnində altından xətt çəkilmiş vasitəsiz nitqli cümlələrin sxemlərini qurun.
-
Mətndəki fərqləndirilmiş cümlələri dəftərinizə köçürün. Həmin cümlələrdə vasitəli nitqi və müəllif nitqini göstərin. Cümlələrin sxemini qurun. Sxemlərdə durğu işarələrinin düzgünlüyünə riayət edin. Altından xətt çəkilmiş cümlələrlə fərqləndirilmiş cümlələrin sxemində hansı fərqi gördünüz?
Nümunə:
- - Bəli, zəhər... - deyə Ballı qarı arxayınlıqla təkrar etdi.
- V... - m.
-
Taygöz Yusif bir daha yerə qədər təzim edib:
-
Qibleyi-aləm, - dedi, - mən aciz Yusif sənin sadiq qulunam. Şahlar şahının hüzuruna gecikməyimin səbəbi var.
M: - V, - m, - v.