- Mətnin ardıcıllığını bərpa edin.
- Xanın gənc bir çobanı vardı. O, xanın qızı Maralı sevirdi.
Çoban tütək çalar, hər tərəfə səs salardı. Xan da onun çalğısını bəyənirdi. Bir gün qulaq asanda
eşitdi ki, çobanın tütəyi çalanda “Xan, qızını mənə versən, yurdunun yerini deyərəm”, - deyir.
-
Çoban bu təklifi qəbul etdi və işə başlayır. Xan qızının ........ yerinə yetir.
Bulaq suyu gölə töküldü. Bu, hamını sevindirdi. Eşidən-bilən xan qızı Marala Əhsən dedi. Elə o
gündən bulaq “Xan qızının bulağı”, göl də “Maralgöl” adlanır.
-
Xan qızının fikrini bilmək istəyir.
Maral
Mənim öz şərtim var. Kəpəzin sinəsində gözəl bir göl quruyur. Mən o oğlana ərə gedəcəyəm ki,
həmin gölə dağdan bir bulaq çəkdirsin deyir.
-
Gəncə xanı hər ilin yaz-yay aylarında Kəpəzdə olardı. Xanın orada yurdu vardı. O, xəzinəsini də
bu yurdun altına basdırmışdı.
Bir il payız elə yağıntılı keçir ki, yazda hər yeri sıx ot basır, yurdlar itir. Xan öz yurdunu
tapa bilmir. Bir yer seçib alaçıq qurur. Pünhan-pünhan yurdunu gəzsə də, tapa bilmir.
- Sizcə, bu, rəvayət, yoxsa əfsanədir? Fikirlərinizi əsaslandırın.
- Bərpa etdiyiniz mətnin “Qarı dağı ” hekayəsi ilə məzmun baxımından hansı oxşarlığı vardır? Bəs hansı
cəhətinə görə fərqlənir?
- Mətni adlandırın, seçiminizi əsaslandırın.
- İkinci xananın içində nöqtələrin yerinə arzu, istək, dilək sözlərindən hansı yazılsa, daha
məqsədəuyğun olar?
- İkinci xanada üslub səhvlərini müəyyənləşdirib düzəldin.
- Üçüncü xanada durğu işarələrini bərpa edin. Səbəbini izah edin.