Bilirsiniz ki, Şuşada bir çox muzeylər, tarixi abidələr ermənilər tərəfindən dağıdılmış, minlərlə əlyazma məhv edilmişdir. Tutaq ki, siz Şuşada muzey direktoru olmuşsunuz və muzeyə dəymiş ziyanın miqdarını sənədləşdirmək istəyirsiniz. Hansı sənəddən istifadə edərdiniz?
A) hesabat
B) təqdimat
C) akt
1
Akt aşağıdakı ardıcıllıqla tərtib olunur:
- Akt sözü vərəqin yuxarı hissəsində böyük hərflə yazılır.
- Akt sözünün altında il, ay, gün və aktın tərtib edildiyi yer göstərilir.
- Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.
- Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir. Burada hadisənin gedişi, materialın
qiyməti, kəmiyyəti öz əksini tapır.
- Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunur.
- Aktın sonunda nəticə verilir.
- Aktı tərtib edənlərin imzası aktın sonunda qoyulur.
2
Akt əməli yazı növüdür. “Akt” latınca “aqtos” sözündən olub
hərəkət, hadisə, cinayət işi deməkdir.
3
Hər bir akt təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.
AKT
Bakı şəhəri
08 may 1992-ci il
Biz aşağıda imza edənlər: Sevinc Yusifova, Nurlan Nemətov, Yeganə Əsgərova yazıb öz imzamızla təsdiq edirik ki, Tarix-diyarşünaslıq muzeyində 1992-ci il işğalına qədər Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX-XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII-XIX əsrlərdə inşa edilmiş, tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri, Azərbaycan ziyalıları, maarifçiləri xanəndələri, musiqişünasları və yazıçıları haqqında maraqlı stendlər, qiymətli incəsənət əşyaları, dulusçuluq məmulatları, xalçalar var idi. Talan və işğal zamanı eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır.
Xilas edilən eksponatlar əlaqədar təşkilata təqdim edilmişdir.
Aktı tərtib etdilər:
Muzeyin direktoru:
Muzeyin aparıcı mütəxəssisi:
Muzeyin işçisi:
Sevinc Həsən qızı Yusifova
Nurlan Elşad oğlu Nemətov
Yeganə Elşən qızı Əsgərova