Ağa Məhəmməd şah İbrahimxəlil xandan ona tabe olmasını tələb edir. İbrahimxəlil xan buna razı olmur. 1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Şuşaya hücum edir. Şuşalılar döyüşə hazırlaşırlar. Şuşanın mühasirəsi uzanır və Ağa Məhəmməd şah İbrahimxəlil xanı qorxutmaq məqsədilə öz saray şairinə tapşırır ki, ona bir məktub yazsın. Məktub bu məzmunda olur fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şişənin içərisində oturmusan Həmin cümlə yazılmış kağızı oxla qalaya atırlar. M.P.Vaqif məktuba cavab yazır əgər məni qoruyan mənim tanıdığımdırsa şişəni daş içərisində də salamat saxlar Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb olur və o, qalaya hücum əmri verir. Lakin yenə heç nə alınmır. Şuşanın 33 günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır və şah mühasirəni dayandıraraq Gürcüstana yola düşür.