- Mətndə çərçivəyə alınmış atalar sözü hansı intonasiya ilə deyilmişdir?
- Məntiqi vurğu kökü üstə ifadəsinin üzərinə düşür. Mənası budur ki, atan türk
dilində
danışmış, öz dilinə böyük önəm vermişdir. Sən də bu yolu tutmalısan, bu dildə danışmalı
və yazmalısan.
- Məntiqi vurğu ot sözünün üzərinə düşür. Ana tənə edərək işarə edir ki, atan
daim fars dilində danışmış, bu dilə önəm vermişdir. Ona görə sən də fars dilində
yazırsan.
- Mətni (səh. 15) oxuyarkən mötərizədəki daha uyğun sözlərdən istifadə edin. Seçiminizi
əsaslandırın.
- Mətn (səh. 15) üçün verilmiş açar söz düzgünmü seçilmişdir? Siz hansını təklif edirsiniz?
- Son və axırıncı sözləri sinonim hesab edilirmi? Elə cümlə qurun ki, bu
sözlərdən biri orada
iştirak etsin, amma digəri onu əvəz edə bilməsin.
- Mətndəki hansı cümlələrdə işlənmiş gün sözləri omonimlik təşkil edir?
- Sxemi tamamlayın.
- Mətndən frazeoloji birləşmələri seçib qarşılığını müəyyənləşdirin.
-
Süfrə və sürfə sözlərinin məna fərqini izah edib cümlələrə düzgün yerləşdirin.
- İşçi arılar........asanlıqla gözcüklərdən çıxarıb çölə ata bilərlər.
- Yaşıl otların üstündə salınmış .... balaca Ləmanın marağına səbəb oldu.
- Mətndəki şeirdə (səh. 16) hansı sözlər tələffüz formasında verilmişdir? Həmin sözlərin
düzgün yazılış formasını göstərin.
- Mətnin (səh. 15) 1-ci abzasmda hansı cümlələrdə söz sırası pozulmuşdur? Həmin cümlələrdə cümlə
üzvlərinin ardıcıllığını bərpa edin. Hansı cümlə üzvünü yerinə “qaytardınız?” Həmin cümlə
üzvünün
ifadə vasitələrinə diqqət yetirin.