Başqasının nitqinin həm məzmun, həm də formaca dəyişiklik edilmədən, olduğu kimi verilməsinə
vasitəsiz nitq deyilir.
Vasitəsiz nitq iki hissədən ibarət olur:
1) müəllif nitqindən
2) vasitəsiz nitqdən
Məsələn:
Avstriya psixoloqu Vilhelm Reyx demişdir: “Bu gün çıxdığınız hər pillə sabahkı həyatınızın
təməlidir”.
Müəllif nitqi M, m; vasitəsiz nitq V, v hərfləri ilə işarə
edilir. Yuxarıdakı cümlənin sxemini belə göstərmək olar:
M: “V”.
“Ağıllı ancaq nail ola biləcəyi məqsədə can atan adama deyirlər”, - deyə Sokrat gənclərə müraciət
edərmiş.
“V”, - m.