DƏRMAN
(“Ağlar güləyən” poemasından parçalar, ixtisarla)
.......................................... | .......................................... |
[dərddərə] | [dərtdərə] |
[azaddıx] | [azatdıx] |
[əlac] | [əlaç] |
[qanmax öyrətdi] | [qammağ öyrətdi] |
“Arizi-qəmlər əlindən ürəyim şişmiş idi... ”
Sabir
Sabirin “arizi-qəmlər əlindən”
Ciyəri dağlandı, ürəyi şişdi.
O ürək dünyam dərk edən gündən
Nə qədər cəfaya tab eyləmişdi.
Ən kiçik dərdi də azı min kərə,
Saldı ürəyinə hər saat, hər gün.
Qəlbinə saldığı sonsuz dərdlərə
Daş dözə bilməzdi, ət necə dözsün?..
Tiflisi dolandı, Bakıya gəldi,
Özünü göstərdi çox həkimlərə.
Həkimlər bilmədi, bu xəstəliyin
Səbəbi həmişə eyni deyildir.
Həkimlər bilmədi, dərdli şairin
Dərmanı — azadlıq, loğmanı - eldir
Neçəniz bir yerə hey toplaşdınız,
Əlac tapmadınız bir dərdə yalnız.
Sabir təkbaşına arzularından
Yazdı milyonların dərdinə dərman!