Nəsibə Zeynalovanın baş rolda iştirak etdiyi “Qayınana” filmindən bir parçaya (onun iştirak ilə çəkilmiş başqa tamaşa, film və ya qısametrajlı süjetə də baxa bilərsiniz) baxın. Daha sonra müasir tamaşalardan birini Məyin, Müqayisələr aparın.
Sizcə, tamaşalarda tənqid, yoxsa təhqir vardır? Fikirlərinizi əsaslandırın.
Bəzən tamaşalarda loru, kobud söz və ifadələrə rast gəlinir. Belə sözlərin işlənməsinə münasibət bildirin. Sizcə, belə sözlər nə məqsədlə işlənir? Ümumiyyətlə, belə sözlərin işlənməsinə ehtiyac varmı? Belə sözlərdən hansı hallarda istifadə etmək olar?
Böyük türk alimi və mütəfəkkiri Əbdülfəttah Şahin yazır:
Dil Allahın insanlara lütf etdiyi ən böyük hədiyyələrdən biridir. İnsan onunla insanlığını bəyan edir. Onunla elmlərə doğru yönəlir və onunla gələcək nəsillər arasında yaşayır. Bilmirəm, onu korlayıb quş dilinə çevirənlər etdikləri xəyanətin böyüklüyünün fərqindədirlərmi?
Debat
Xoşbəxtliyin bir yolu da müstəqil dövlət dilinin olmasıdır.