Vaxtilə Gürcüstan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri olmuş, keçmiş SSRİ-nin Xalq artisti Andrey Balançivadzenin Nəsibə xanım haqqında dediyi sözləri xatırlatmaq kifayətdir ki, bu sənət fədaisinin Azərbaycan səhnəsi üçün nələr etdiyini xatırlayasan. “Belə duzlu, yumorlu, real sənətkarlıq dühası ilə cilalanmış tükənməz istedadlı səhnə ustasına malik olduğu üçün yaxşı mənada Azərbaycan teatrına qibtə edirəm”.
Müəllimi A.Tuqanov deyərdi: “Qızım, tamaşaçını inandıra bilmək aktyorun xoşbəxtliyidir”. İnandırmaq üçün aktyor tipin paltarını da, yerişini də, özünəməxsus danışıq tərzini də tapmalı, geniş və ciddi müşahidəçilik qabiliyyətinə yiyələnməlidir.
Nəsibə xanım həmişə düşmənə barışmaz münasibət bəsləmiş, qələbəmizin yaxınlığına olan inamını itirməmişdir.
Elmira Musaqızı
1.
Aktrisa gözlənilməz, amma duzlu, mənalı və ifadəli improvizələr edərək yaddaşlarda özünə əbədilik qazanmışdır.