Bunun səbəbi nə idi?
İş onda idi ki, o, bir dəfə Malerin 2-ci simfoniyasını dinlədi. Simfoniyanın musiqisi onu heyran etdi. Melodiya ürəyini aldı. Elə bil, çoxdan yatmış hislər ürəyində oyandı.
Kaplan qənayətə gəldi ki, Malerin 2-ci simfoniyası bir az başqa cür ifa olunmalıdır. O fikirləşirdi ki, bu əsər səsləndiyindən daha gözəl səslənə bilər. Eşitdiyi ifa isə, onun fikrincə, böyük Malerin adına layiq deyildi.
Buna görə də Gilbert Kaplan öz müəsisəni sataraq dirijor olmağa qərara gəldi. Bütün ekspertlər hesab edirdilər ki, bu boş fikirdir. Belə yaşda heç bir bilik və bacarıq olmadan dirijor olmaq mümkün deyil. Axı bu günə qədər Kaplan heç vaxt nə dirijorluq edirdi, nə heç bir musiqi alətində ifa edirdi, hətta notları da bilmirdi!
Bunlara hamsına baxmayaraq, Kaplan öz arzusundan imtina etmədi. Əksinə, o öz məqsədinə çatmaq üçün daha böyük səylər göstərməyə başladı. O istəyirdi, hamıya sübüt etsin ki, o dirijor ola bilər. Üstəlik o belə qərara gəldi ki, Malerin simfoniyasını ondan qabaq heç kəs ifadə edə bilmədiyi tərzdə ifadə edəcək. O çox çalışdı, dünyanın ən məhşur dirijorlarından dərs aldı, öz üzərində işlədi. İki ildən sonra onun arzusu həyata keçdi.
1996-cı ildə Gilbert Kaplan ABŞ tarixində olan ən uğurlu klassik musiqi albomunu ifa etdi. Həmin ildə o, məşhur dirijor qismində Avstriyanın Zalsburq şəhərindəki festivalı açdı.
1996-cı ildə Gilbert Kaplan ABŞ tarixində olan ən uğurlu klassik musiqi albomunu ifa etdi. Həmin ildə o, məşhur dirijor gismində Avstriyanın Zalsburq şəhərindəki festivalı açdı.
İnsanın arzusunun olması işin yarısını, demək olar ki, təmin edir. Çünki arzu böyük maqnitdir ki, onun həyata keçməsi üçün lazım olan şərtləri özünə cəlb edir.