1. Olduğunuz kimi idarə olunursunuz (Həzrəti Məhəmməd). 2. Köləlikdən azad olmaq üçün həqiqəti həmişə yanınızda gəzdirin (B.Paskal). 3. İnsan çox şeydən həya etdikcə şərəf və qürur sahibi olar (B.Şou). 4. Sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınamaq üçün Allah ölüm və həyatı yaratdı (Qurani-Kərim). 5. Hər şeyi canlandıra bildiyi üçün xəyal gerçəklikdən qüdrətlidir (A.Frans). 6. Öz səhvlərindən nəticə çıxarmağı bacaran şəxs xoşbəxtliyə çata bilər (Sokrat). 7. Bəşəriyyəti dəyişdirmək istəyən hər kəs özünü dəyişdirmək istəmir (L.N. Tolstoy).