Bəzən ki bağlayıcısının işləndiyi tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümlədən əvvəl
gəlir.
Polkovnik Baratovun onu axtardığını dedilər təzəcə gələndə Belə cümlələrdə budaq cümlə baş cümlədəki zamanı bildirir.
Cümlələri müqayisə edib baş və budaq cümlələrin yerini müəyyənləşdirin, sxemlərini qurun. Qeyd: Bunun üçün baş cümlədən budaq cümləyə sual verməyə çalışın.
Nümunə:
Mən etiraf edirəm ki, bizim dağların mənzərəsini tam verə bilmək üçün Səməd Vurğun qələmi
gərəkdir. (S.Rəhimov)
Özünə yenicə ev-eşik düzəldib şad-xürrəm yaşamağa başlamışdı ki, vəzirin nökəri qapını
kəsdirdi. (Ə. Cəfərzadə)
Məlumdur ki, L.N.Tolstoy “Uşaqlıq və ilk gənclik” əsərini məhz Qafqazda yazmışdır. (N.Tixonov)
Zaman keçdikcə həyat bizə öyrədir ki, həqiqətdən böyük möcüzə yoxdur.
(M.Meterlink)
Aşağıdakı cümlələrin hansında Az-dən sonra vergül işarəsi qoyulmalıdır?
1. O yerdə ki dalğalanır dost ellərin bayrağı, Şeirim orda qanad çalır (S.Rüstəm). 2. Atası
bilmək istəyirdi ki Araz haradan gəlir və orada nələr baş verir (A.Şaiq). 3. Mən sizdən
divan
yazmaqdan ötrü incimirəm, nə qədər ki sizin yalan danışmağınıza inciyirəm (C.Məmmədquluzadə).
4.
Azərbaycan deyiləndə ayağa dur ki Ana yurdun ürəyinə toxuna bilər (M.Araz). 5. Ağqoyunlu
hökmdan
qorxuya düşdü, ona görə ki iki ildən sonra belə bir qəhrəmanın qabağında durmağın nə qədər müşkül
olduğunu anladı (Ə.Nicat). 6. Elə ki böyüdün belədir qayda Atanın adından sənə nə fayda?
(N. Gəncəvi)