Aşağıdakı cümlələrdə durğu işarələrinin yerini müəyyənləşdirin və vergülün qoyulma səbəbini izah edin.
Şairəm əsrimin ayinəsiyəm. (
M.Ə.Sabir
)
Cavanlıq müdrikliyi mənimsəmək qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür.
O insan xoşbəxtdir ki başqalarının həyatından dərs almağı bacarır. (
T.Fontane
)
Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara. (
N. Gəncəvi
)
Sənə xəyanət edənə xəyanət etmə ki sən də onun kimi olarsan.
(
Həzrəti Məhəmməd peyğəmbər
)
Hansı cümlələr bir-birindən fərqlənir? Niyə?
Uyğunluğu müəyyənləşdirin. Hansı cümlə fərqlidir? Niyə?
Bəzi ideallar o qədər dəyərlidir ki,
Həyat irəliləyir,
Milli müstəqillik elə bir nurdur ki,
ona çata bilməsən, məğlub olarsan.
onun qarşısında zəncirlər belə əriyir.
o yolda məğlub olmaq belə zəfər sayılır.
Ki
-nin qrammatik mənasını müəyyənləşdirib durğu işarələrini düzgün qoyun.
Aldığın hər nəfəsi fürsət bil, ot deyilsən (
ki
) yenidən bitəsən. (
Ö.Xəyyam
)
Bir insan (
ki
) haraya getdiyini bilmir, o uzun yol gedə bilməz. (
O.Kromvel
)
Ağıllı adam odur (
ki
) həyatdan ibrət dərsi götürüb onların təcrübəsindən istifadə edə bilsin. (“
Kəlilə və Dimnə
”)
Sənin(
ki
) halını billəm əzəldən... (
Vidadi
)
Bir halda (
ki
) keçmişi oxuyursan, deməli, gələcəyi öyrənirsən.
Dünyada elə bir zirvə yoxdur (
ki
) qətiyyət əvvəl-axır onu fəth edə bilməsin. (
Ç.Dikkens
)
Nəsə qurmaq kəndir üzərində gəzməyə bənzər. Bir şərtlə (
ki
) bütün diqqətini toplayasan. Əks halda o tərəfə keçə bilməzsən. (
Platon
)
Səhər(
ki
) hadisədən sonra darğa hələ də özünə gəlməmişdi. (
Ə.Cəfərzadə
)