⇓
Tabeli mürəkkəb cümlənin tərkib hissələri: baş və budaq cümlələr bir çox vasitələrlə, əsasən
də,
intonasiya və tabelilik bağlayıcıları ilə bağlanır.
İntonasiya ilə əlaqələnən cümlələrdə tərkib hissələr arasında vergül işarəsi qoyulur.
Məsələn:
Çalış, öldükdən sonra da adın dillərdə dolaşsın. (C.Rumi)
←
“Ki” aydınlaşdırma bağlayıcısı ilə əlaqələnən cümlələrdə vergül işarəsi bağlayıcıdan sonra
qoyulur.
Məsələn:
İnsanda elə bir daxili inam olmalıdır ki, bütün bədbinlikləri yandırıb kül edə bilsin.
(F.Bekon)
←