1999-cu ildə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş İlham Zəkiyevin görmə qabiliyyətini itirməsinə səbəb olur.
Ailəsinin və yaxın dostlarının ona dəstək olması İlhama bu çətinliyi adlamağa kömək edir. İlham əvvəllər məşğul olduğu idman sahəsinə qayıdır. O, Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi Olan İnsanların 2-ci Dünya Oyunlarında iştirak etmək istəyirdi. İlham yarışda uğurla iştirak edir və Afinada keçirilən Paralimpiya oyunlarına vəsiqə qazanır. 2008-ci ildə İlham Zəkiyev ikinci Paralimpiya oyunlarında iştirak edir. Finalda yerli Çin cüdoçusunu məğlub edərək Azərbaycan tarixində ilk dəfə Paralimpiya oyunlarında ikiqat çempion adını qazanır.
3 may 2012-ci ildə Əfqanıstanda minaya düşmüş Moris Teylor partlayış nəticəsində dizə qədər hər iki ayağını, dirsəyə qədər sol qolunu, çiyninə qədər sağ qolunu itirmişdir.
Evə qayıtdıqdan sonra nişanlısı 23 yaşlı Daniel Kelli onu atmamış, ayağa qalxmasına kömək etmişdir. Ətraflarının bərpası üçün iki gün ərzində 250 min Amerika dolları toplanmışdır.
Moris Teylor özünü xoşbəxt hesab edir.