“ƏTRAFSIZ HƏYAT”
İnam görmədiyinizə inanmaqdır.
Bunun mükafatı da inandığınızı görməkdir.
Sven Avqustin
Nik Vuyçiç 1982-ci ildə Avstraliyanın Brisben şəhərində mühacir ailəsində anadan olmuşdur. Lakin onun həyata gəlişi illərdən bəri övlad arzusunda olan valideynlərinə sevinc(...) gətirmədi:
Doğum şöbəsində isə heç kəs onu körpəsinin yolunu həsrətlə gözləyən anaya göstərməyə cürət etmirdi.
Ancaq bir qərara gəlmək lazım idi: arzu olunan, lakin bu qədər bədbəxt (...) olan bu körpənin taleyi nə cür olacaq? Valideynlərin vəziyyətini təsəvvür etmək çətin deyildi. Onlar şüursuz vəziyyətdə körpəni seyr edir və onun ətraf mühitə adaptasiyası barədə özlərinin suallarına cavab tapa bilmir, onu təsəvvürlərinə (...) belə gətirə bilmirdilər.
Suallar, suallar, suallar... Belə insan xoşbəxt ola bilərmi? Ümumiyyətlə, ona həyat (...) lazımdırmı? Digər tərəfdən, əgər ona həyat bəxş edilibsə, kim bu həyatı onun əlindən ala bilərdi? Valideynlər qorxu və mərhəmət qarışıq bir kədərlə körpəyə baxdıqda onun məsum baxışları ilə qarşılaşdılar. Bu baxışlar onları silkələdi: körpə yaşamaq istəyirdi!
Körpənin adını Nik qoydular.
Təşviş və göz yaşları ilə keçən bir neçə aydan sonra, nəhayət, Nikin valideynləri faciə ilə barışdı, onlar adi həyat sürməyə başladılar. Beləliklə, kiçik avstraliyalı Nikin ağrılı və böyük çətinliklərlə dolu həyatı başlandı. Kiçik yaşlannda Nik həmyaşıdlarından nə ilə və necə fərqləndiyi haqqında heç düşünmürdü də.