MƏMULATIN QRAFİK TƏSVİRİ
2-ci mövzu
Hər hansı bir məmulatı hazırlamazdan əvvəl kağızda onun təsviri çəkilir. Hazırlanacaq məmulatın qrafik təsviri texniki təsvir, eskiz və çertyoj ola bilər.
Texniki təsvir - məmulatın həcmli (üçtərəfli) təsviridir. Texniki təsvir tərəflər arasında nisbət nəzərə alınmaqla, lazımi ölçüləri və məmulatm materialı göstərilməklə əl ilə yerinə yetirilir. Texniki rəsm üzrə məmulatm forması asan anlaşılır (şəkil 1).
Eskiz - nisbət nəzərə alınmaqla və ölçülər göstərilməklə əl ilə yerinə yetirilir. Eskizdə detalın bir tərəfdən görünüşü təsvir olunur (şəkil 2).
Çertyoj - məmulatm çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti qrafik təsviridir. Çertyojda məmulatın ön, sol, üst görünüşləri təsvir olunur (şəkil 3).
Şəkil 3. Detalın çertyoju
a - əsas görünüş;
b - soldan görünüş;
c - üstdən görünüş
Xətlər: a) 1- detalın konturu (bütöv əsas); 2 - çıxarılan (bütöv nazik); 3 - ölçü göstərən (bütöv nazik); 4 - simmetriya oxu (ştrix-nöqtəli); c) 5 - dəliyin görünməyən konturu (ştrixli).