Detalların məmulat halmda birləşdirilməsinə yığma deyilir.
Pəstahın məmulata çevrilməsi texnoloji prosesə* ciddi şəkildə uyğun olmalıdır.
Məmulatın hazırlanma prosesi bir neçə texnoloji əməliyyatdan ibarətdir. Məsələn, pəstahın mişarlanması, deşiklərin açılması, məmulatın cilalanması, rənglənməsi vəs.
Pəstahın emalı və məmulata çevrilməsi üzrə əməliyyatların ardıcıllığı - xüsusi marşrut xəritələrində və texnoloji xəritələrdə yazılır.
Texnoloji xəritədə texnoloji əməliyyatların ardıcıllığı ətraflı yazılır, hər bir əməliyyatın icrasında pəstahın qrafik təsviri verilir, tətbiq olunan alət və tərtibatlar göstərilir.
Marşrut xəritələrində əməliyyatların icra ardıcıllığı göstərilir.
PRAKTİK İŞ
SADƏ TEXNOLOJİ XƏRİTƏNİN TƏRTİBİ
İşin yerinə yetirilmə qaydaları:
1. Layihənizdəki detallardan birini seçin.
2. Hazırlanacaq detalı diqqətlə öyrənin
3. Detalın hazırlanmasının texnoloji xəritəsini işləyin.
4. Texnoloji xəritənin hazırlanmasının dəqiqliyini bir daha yoxlayın və onu müəllimə təqdim edin.
5. Aşağıdakı anlayışlardan hansı təbiətə, hansı texnologiyalara aiddir?
Çayın suyu, otaqdakı istilik, günəş istiliyi, yağış, susəpən qurğu, telefon, əks-səda, dənizdə üzən balıq, balıq konservi, təbii mağaralar, heyvanların və quşların yuvalan, meşədə bitən ot, saman, ağcaqayın ağacı, oduncaq, taxta, faner, polad, çuqun, tənəkə, məftil, relslər, şpallar.
*Texnoloji proses — pəstahın ilk halından hazır məmulat əldə edilənə qədər onun üzərində görülən işlərin nizamlı ardıcıllığıdır.