4. Hazır qayğanağı boşqaba çəkin, cəfəri və şüyüdlə bəzəyin. Qayğanaqla süfrəyə təzə xiyar və pomidor vermək olar. Əgər qayğanaq təkadamlıq tavada hazırlanmışdırsa, onu içinə salfet sərilmiş boşqaba yerləşdirərək süfrəyə vermək olar (şəkil 4, ç, d).
PRAKTİK İŞ
OMLETİN HAZIRLANMASI
İşin yerinə yetirilmə qaydaları:
2-3 yumurta, 3 xörək qaşığı süd, 1 xörək qaşığı un və zövqə uyğun duz götürün.
1. Yumurtanı, unu, südü və duzu (şəkil 5) kasada qanşdırın.
2. Tavada yağı yaxşı qızdırın və yumurta, un, süd qarışığını tökün. Qarışığı sobada da bişirmək olar.
3. Hazır omleti adambaşına hissələrə ayırın. Omletin yanında qızarmış kolbasa və ya mal əti, kartof, tərəvəz vermək olar. Əgər kolbasanın, mal ətinin və s. üzərinə yumurta-süd qarışığını töküb sobada bişirsək, qarışıq omlet alınar. İstənilən içliyi omletin üzərinə qoyub qutab şəklində qatlamaq olar. Bu isə içi doldurulmuş omletdir.