Qaynadılmış yumurtanın hazırlanma texnologiyası:
Yumurtanı ilıq, yanilıq-yanbərk, bərk bişirmək olar.
1. Yumurtam fırça ilə axar suyun altında yuyun (şəkil 3, a).
2. Yumurtanı su doldurulmuş qazana qoyun və suyu qaynadın (şəkil 3, b). Su qaynadıqdan sonra ilıq yumurta 3 dəqiqəyə, yanmilıq-yarıbərk yumurta 4-5 dəqiqəyə, bərk yumurta 8-10 dəqiqəyə hazır olur.
3. Yumurtanın qabığı yaxşı təmizlənsin deyə onu bir neçə dəqiqə soyuq suda saxlayın (şəkil 3, c).
4. Yumurtanı qurulayın, boşqaba qoyun və ya xüsusi altlığa yerləşdirin (şəkil 3, ç).
Qaynatma zamanı yumurta çatlamasın deyə suya 1 çay qaşığı duz tökün.
Qayğanağın hazırlanma texnologiyası:
Adambaşına 2 yumurta və 10 q kərə yağı götürmək lazımdır.
1. Yumurtaları axar suyun altında fırça ilə yuyun (şəkil 3, a).
2. Yağı tavada qızdırın və sansının tamlığını pozmadan yumurtanı sındıraraq tavaya tökün (şəkil 4, a, b).
3. Duz əlavə edib 2-3 dəqiqə bişirin. Yumurtanın ağı bişib ağaran kimi tavanı odun üstündən götürün (şəkil 4, c).