PRAKTİK İŞ
QƏHVƏ VƏ KAKAONUN HAZIRLANMASI
Praktik işi yerinə yetirdikdə 69-70-ci səhifələrdə verilimiş təhlükəsizlik, sanitariya və gigiyena qaydalarına riayət edin.
İşin yerinə yetirilmə qaydaları:
1. Qəhvənin hazırlanma texnologiyası:
Qəhvədanı və ya qəhvə hazırlamaq üçün qab, fincan, nəlbəki və qaşıqları hazırlayın. Suyu qaynadın, qəhvədanı qaynar su ilə yaxalayın. İçinə bir fincana 1-2 çay qaşığı hesabı ilə üyüdülmüş qəhvə tökün. Sonra qəhvədanı qaynar su ilə doldurun və ehtiyatla qaynama həddinə çatdırın. Odun üzərindən götürün və 3 - 5 dəqiqə dəmə qoyun. Hazır qəhvəni fincanlara süzün (şəkil 7).
Qəhvə ilə bəzən süd və qaymaq da təklif edirlər.
2. Kakaonun hazırlanma texnologiyası:
Bir nəfər üçün kakaonun hazırlanmasına 3/4 stəkan süd, 1-2 çay qaşığı kakao tozu və zövqə uyğun şəkər tələb olunur.
Südü qaynadın. Kasaya kakao tozu, şəkər və bir az süd əlavə edib içində süd olan qaba tökün və qanşdırın. Qabı odun üstünə qoyun və ehtiyatla qaynama həddinə çatdırın. Hazır kakaonu fincanlara süzün (şəkil 8).