Suyu qaynadın. Dəm çaynikini qaynar su ilə yaxalayın, ölçüsündən asılı olaraq içinə quru çay tökün və 2/3 hissəsinə qədər qaynar su ilə doldurun. Çaynikin qapağını bağlayın, üstünü mətbəx dəsmalı ilə örtün və 10 -15 dəqiqə dəmə qoyun. Sonra çayniki qaynar su ilə axıra qədər doldurun və fincanlara süzün. Süfrəyə çayla içməyə zövqə uyğun qənd, limon, mürəbbə, şirniyyat və s. qoymaq olar.
Qəhvə tropik bitki olan qəhvə ağacının toxumlarıdır. Bu toxumlardan hazırlanan içki xoş ətrə və dada malikdir. Qəhvə ağacmm vətəni Afrikadır. İlk dəfə qəhvədən içki hazırlayanlar da elə Afrika tayfaları olub. Qəhvə də çay kimi həyat fəaliyyətini yüksəltdiyinə və iş qabiliyyətini artırdığına görə gündəlik həyatda ondan daima istifadə edilir. Qəhvə toxum şəklində və üyüdülmüş halda satılır.
Kakao kakao ağacının toxumlarından alınır. Kakaonu Cənubi Amerikadan Avropaya ilk dəfə 1502-ci ildə məşhur səyahətçi Xristofor Kolumb gətirib. Kakao çox kalorili içkidir, yorğunluğu və stresi götürür.
Qəhvə və kakaonu hazırlamaq çox asandır. Onlan, sadəcə, qaynar su ilə dəmləmək kifayət edir. Çayı, qəhvəni və kakaonu, adətən, masaya isti halda verirlər. Amma bu heç də onların həmişə isti içildiyinin sübutu deyil. Yayın istisində buzlu qəhvə, limonlu və buzlu soyuq çay və soyuq kakao da çox ləzzətli olur.